Hollandiya Ukraynaya 110 milyon avro ayırır

17:36 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hollandiya Ukraynaya əlavə 110 milyon avro ayıracaq. Niderlandın beynəlxalq ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Lissi Şraynemaxer bildirib.

“Vəsait sığınacaqların təşkili, su borularının və evlərin təmiri, o cümlədən qaz, ərzaq və elektrik enerjisinin alınmasına sərf olunacaq”, - sənəddə deyilir. "Vəsaitlərin bir hissəsi birbaşa Ukraynanın zədələnmiş elektrik şəbəkəsinin təmiri üçün ehtiyat hissələrin alınmasına yönəldiləcək", - Şraynmaxer bildirib.

Vəsaitlər Nazirlər Kabinetinin oktyabrda Ukraynaya göndərməyi vəd etdiyi 70 milyon avroya əlavədir. Maliyyələşdirmə, o cümlədən Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə həyata keçiriləcək.