Honq-Konq alimləri May Po Təbiət Qoruğundakı su bölməsində yeni meduza növü aşkar ediblər. Latın dilində Tripedalia maipoensis adlanan növün son dərəcə maraqlı xüsusiyyətlərə malik olduğu bildirilib.
Hafta.az-ın "Livescience"ə istinadən yazdığına görə, kub şəklində kiçik quruluşa sahib olan bu canlı tamamilə şəffaf və rəngsiz bədənə malikdir. Məxluqun həmçinin kürək kimi kiçik strukturlarla bitən 12 çadırı var. Bu xüsusiyyət ona digər meduza növlərindən daha sürətli hərəkət etməyə imkan verir. Kubşəkilli bədənə malik bu tip meduzalara çox vaxt “qutu meduza” deyilir.
Digər qutu meduza növləri kimi, Tripedalia maipoensis 24 gözə malikdir. Bunlar 6 dəst şəklindədir.
Honq Konq Baptist Universitetinin biologiya professoru. Dr. Qiu Cianven deyib: "Bu qutu meduza digər meduzalardan düz bazası ilə fərqlənir, qayıq kürəyinə bənzəyir, çadırlarının dibindədir. Digər xüsusiyyəti, bədəninin hər iki tərəfində altı gözdən ibarət dəstin olmasıdır".
Tripedalia maipoensis Çin sularında tapılan ilk qutu meduzadır. Cəmi 1,5 santimetr uzunluğunda olan canlının nə qədər təhlükəli olduğu isə məlum deyil. Çünki əhəmiyyətli sayda qutu meduzanın zəhərli olduğu bəllidir.