Hotel sahəsində işləmək istəyənlər üçün fürsət - FOTO

11:08 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DAİR Hotellər və Restoranlar Assosiasiyası sosial tərəfdaşlıq proqramlarında fəal iştirak edərək turizm və qonaqpərvərlik sənayesinin potensialının gücləndirilməsinə və inkişafına öz töhfəsini verməkdədir.

Hafta.az-a verilən məlumata görə, Assosiasiyanın təhsil-tədris, maarifləndirmə və elm ocaqı olan ATHEC Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzi, Barattson Tədris Mərkəzilə birgə ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyilə işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkilində aktiv iştirak edir və növbəti seçilmiş ixtisaslar üzrə qrupların toplanmasına start verir.

Assosiasiyanın mütəxəssisləri sənayenin eytiyyac, tələb və çağırışlarını daimi öyrənərək peşə ixtisasları sırasından ən populyar və daha çox tələb edilən ixtisaları seçir və bunlar üzrə tədris proqramlarının tətbiqini həyata keçirir. Növbəti seçilmiş peşə hazırlığı istiqamətləri – “Barista”, “Hotel Xadiməsi” və “Ofisiant” peşə ixtisalarıdırlar.

Təlim proqramları DUAL tədris metodikasını əsas götürərək nəzəri biliklərlə yanaşı usta nəzarətində istehsalat təcrübəsinin keçirilməsi komponentlərindən ibarətdir.

Peşə hazırlığı proqramını müvəffəqiyyətlə keçmiş şəxslər işlə təmin edilmə və özünüməşğulluq imkanları əldə edirlər. Təlim müddətində müdavimlər təqaüd alırlar və peşə hazırlığı keçmək üçün zəruri tədris və təcrübə ləvazimatları ila təmin edilirlər, sertifikatla fərqləndirilirlər.

Adı gedən ixtisas üzrə peşə hazırlığı kursuna cəlb olunmağınız üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzlərinə, yaşadığınız digər inzibati vahidlər üzrə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət etməklə işsiz kimi qeydiyyata düşməyiniz tövsiyə olunur.

Hər hansı əlavə məlumatları həftənin I-V günləri, 11.00-17.00 saatlarında 0124347877 / 0506610075 telefon və whatsapp vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına yazaraq əldə etmək olar.

Oxunma sayı 159