Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib

12:04 08.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib.

Hafta.az xəbər verir ki, bu barədə H.Akarın Sarıqamış şəhidlərini anım günü ilə bağlı bəyanatında deyilir.

"Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə "bir millət, iki dövlət" ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqına təşəkkürümüzü bildiririk", - deyə nazir bildirib.

Siyasət rubrikasından digər xəbərlər