Hüquqpozmaların sayında artım müşahidə olunur - Güloğlan Muradlı

12:01 25.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma faktı aşkar edilmişdir. Son beş ilə nəzər salsaq pandemiya şəraitinə baxmayaraq hüquqpozmaların sayında artım müşahidə olunur.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı Kütləvi informasiya vasitələri nümayəndələri üçün nəzərdə tutulmuş “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlimdəki çıxışı zamanı məlumat verib. Rəis müavininin sözlərinə görə, 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq: "Əvvəllər bəzi illərdə bu 8% təşkil edirdisə 2021-ci ildə cəmi 2,4 faiz təşkil etmişdir.

Həmçinin 2021-ci il ərzində axtarışda olan 11 nəfər şəxsin tapılaraq istintaq orqanına gətirilməsi təmin edilmiş, istintaqı aparılan 221 cinayət işindən 95-i ittiham aktları ilə birlikdə ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilmiş, həmin işlərdən 90-ı üzrə ittiham aktı təsdiq edilərək cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə verilmişdir. 54 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdir. İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan tam şəkildə ödətdirilmişdir".

Güloğlan Muradlı gömrük orqanlarında aşkarlanan hüquqpozmalarla bağlı statistikada spirtli içkilər, tütün məmulatları, valyuta sərvətləri ilə bağlı qanunsuzluqların çoxluq təşkil etdiyini xüsusi vurğulayıb:

"2021-ci ildə 96 min 400 litrdən çox spirtli içki ilə əlaqədar yol verilmiş hüquqpozmalar üzrə iş açılmış, 310 ədəd saxta və saxta aksiz markası ilə markalanmış müxtəlif markalı spirtli içkilər qanunsuz dövriyyədən götürülmüşdür. Bundan başqa elə həmin il, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 310 min manat dəyərində 1 milyon 780 min ədəddən çox xaricdə istehsal olunan siqaretlər, eləcə də 1840 ədəd istifadə üçün yararsız, saxta və keyfiyyətsiz siqaretlər tutlmuşdur".

"Valyuta tənzimi haqqında" Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 137 910 ABŞ dolları, 3 348 000 rus rublu, 41 550 avro, 6820 gürcü larisi, 50300 saxta ABŞ dolları, 2 milyon 713 min 831 manat dəyərində 7328 ədəd qızıl zinət əşyaları və külçələr, 23 378 manat dəyərində 428 ədəd gümüşdən hazırlanmış məişət və zinət əşyaları, 1 335 135 manat dəyərində 11 692 karat qiymətli daşlar və s. aşkar olunmuşdur.

Əlavə olaraq, keçən il heç bir təhlükəsizlik tələblərinə cavab verməyən 965 465 manat dəyərində 274 min ədəd pirotexniki məmulatların qanunsuz ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Mobil telefonlar və elektronik əşyaları 2021-ci ildə 965 min 465 manat dəyərində 1504 ədəd mobil telefon, 6464 ədəd mobil telefonların aksesuarları, 263257 manat dəyərində məişət texnikası götürülmüşdür.

Dərman vasitələri Son illər dərman vasitələrinin qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri intensivləşmişdir. 2021-ci ildə gömrük orqanları tərəfindən 101 hüquqpozma faktı üzrə 749 435 manat dəyərində dərman vasitələrinin, 255 582 manat dəyərində qida əlavələrinin, 40472 manat dəyərində tibb ləvazimatlarının qanunsuz idxalının qarşısı alınmışdır.

2019-2021-ci illər ərzində ümumilikdə 247 hüquqpozma faktı (84-ü cinayət xarakterli fakt, 163-ü isə inzibati xəta faktları) üzrə 1milyon 813 min qutu, 113 min həb, 41 min konvolyut, 5348 flakon, eləcə də istifadəyə yararsız 100 həb dərman vasitəsi gömrük orqanları tərəfindən aşkar edilərək götürülmüşdür.

Oxunma sayı 18