Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

13:58 18.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hyustonda baş verən dağıdıcı fırtına nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

AZƏRTAC “Barrons” saytına istinadla xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti “EF-1” tornadosunun ABŞ-ın dördüncü ən böyük şəhərinin mərkəzində böyük dağıntılara səbəb olduğunu bildirib.

Məlumata görə, tornado zamanı iki orta məktəb şagirdi yaralanıb. Ümumilikdə 274 məktəbi olan Hyustonda 136 təhsil müəssisənin elektrik enerjisi kəsilib. Bölgədə 700 mindən çox insan hələ də işıqsız qalıb.

Hyuston meri Con Vaytmire şəhər üçün yerli fəlakət bəyannaməsi imzalayıb.

Qeyd edək ki, mayın əvvəlindən bəri şiddətli fırtına və daşqınlar Hyuston bölgəsində ciddi fəsadlara, o cümlədən məktəblərin bağlanmasına səbəb olub.

Oxunma sayı 85