Yazını böyüt
Yazını kiçilt
“Sahibkarlığın inkişafına ayrılan vəsaitlərin əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov 2022-ci il dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, həmin vəsaiti icra başçılarının mənimsəmələrinə yol vermək olmaz:
“Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin”, - Vahid Əhmədov vurğulayıb.