İdmançımız 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazandı

14:54 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 4-cü dəfə finala vəsiqə qazanıb.

 

Hafta.az-ın məlumatına görə, üçqat paralimpiya çempionu 100 metr məsafəyə sərbəst üzməkdə 53.60 saniyə nəticə göstərib.

 

Final yarışı bu gün, Bakı vaxtı ilə saat 21:51-də başlayacaq.

 

Qeyd edək ki, Roman Saley dünya çempionatında artıq 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.