II Qareginin qardaşının həbs müddəti uzadıldı

15:47 29.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın məhkəməyəqədər həbs müddəti 2 ay, qardaşı oğlu Hambardzum Nersisyanınkı isə 3 ay uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Xatırladaq ki, onlar Respublika Partiyasından Vaqarşapat merliyinə namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında saxlanılıblar. Mkrtçyan iddia edib ki, Gevork və Hambardzum Nersisyan onun seçki kampaniyasına müdaxilə ediblər.