İki qardaş bacılarını TRAKTORLA ƏZMƏK İSTƏDİ

19:10 08.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə Antalyanın Manavgat mahalında iki qardaş, atalarından miras qalmış tarlada işləmələrinə mane olmaq istəyən böyük bacıları Əminə Çətini (60) traktorla əzmək istəyib. Bu anlar cib telefonunun kamerasına düşüb. Ölümdən dönən Çətin, "Məni öldürmək istədilər. Kiçik qardaşım digərinin bacarmadığını görəndə traktoru mənim üstümə sürdü. Məni əzmək istədi" deyib.

Hafta.az xəbər verir ki, həyat yoldaşı Manavgatda vəfat edən və 14 yaşlı qızı ilə yaşayan Əminə Çətin, 3 oktyabrda Külcülər, Demirciler Məhəlləsindəki qardaşını ziyarətə gedib. Qızı ilə birlikdə atasından miras qalan tarlada zeytuna baxmaq istəyən Çətin, bir traktorun yer qazdığını və qardaşları Hüseyn A. və Halil A.-nın da burada olduğunu görüb. Çətin tarlanın ona aid olduğunu bildirərək traktoru söndürüb.

Vəziyyətdən əsəbiləşən qardaşlardan biri olan Hüseyn A., bacısının üstünə tarlada traktor sürməyə çalışıb. Halil A. da qardaşına 'Sür, sür' deyib. Qardaşı bunu etməyi bacarmayanda traktora minən Halil A. iki dəfə bacısının üstündən keçib. İki dəfə təkərlərin arasına düşən Çetin ölümdən dönüb.

Ətrafdakı insanların xəbəri üzərinə hadisə yerinə jandarma qrupları göndərilib. İlk müdaxilə tarlada edilən Çətin və qızı Manavgat Dövlət Xəstəxanasına gətirilib. Bir gün sonra evə buraxılan Çətin və qızının şikayəti əsasında Manavgat Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

DHA -ya danışan Əmine Çətin, 10 qardaş olduqlarını və 2 -nin daha əvvəl öldüyünü söyləyib.