İki yeni dövlət qoruğu yaradılacaq 

12:00 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda iki yeni dövlət qoruğu yaradılacaq.

Hafta.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq.

Həmin parkda təsərrüfat fəaliyyəti mümkün olacaq: "Parka turistlərin gediş gəlişinə şərait yaradılacaq".

Nazir müavini deyib ki, həmçinin Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq. Bu rezervat qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: "Qurumun ümumilikdə ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərinin əhatə edəcək".