İkimərtəbəli ev yanıb

12:47 02.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bərdə rayonunun Mollalı kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.