İlk 6 ayda 160 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

17:04 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-iyun aylarında 160 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Nazirliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.

Bu, vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.

Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 minədək təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.