İlon Mask Twitter-də çətənənin reklamına icazə verib

11:00 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Gələcəkdə sertifikatlı reklamçılar reklam kreativlərinə qablaşdırılmış çətənə məhsullarını daxil edə bilərlər".

Hafta.az-ın yazdığına görə, bu sözlər Twitter-in yayımladı məlumatda deyilir. Qeyd olunub ki, əvvəllər reklamçıların bu müstəvidə heç bir məhsulu reklamlarında göstərmək imkanları yox idi və bu səbəbdən də həmin məhsulların satışını təşviq edə bilmirdilər.

"Onlar sahib olduqları və çətənə ilə əlaqəli məhsul və xidmətlər üçün işlədikləri web-səhifələrə və e-ticarət müstəvisinə məsuliyyətlə qoşulmağa davam edə bilərlər", - Twitter-də qeyd olunub.

Xatırladaq ki, Tesla-nın milyarder sahibi 44 milyard dollarlıq Twitter-i alışına haqq qazandırmaq üçün böyük xərclər azaltmalı və daha çox gəlir axını tapmaq üçün mübarizə aparmalı olub. Bu səbbədən platforma yanvarda siyasi reklamlara qoyulan qadağanı da aradan qaldırıb.

Twitter-də çətənə məhsullarının reklamı ilə maraqlanan şirkətlərin uzun bir qaydalar siyahısına əməl etməsi gözlənilir. Məhsulun lisenziyası və Twitter tərəfindən əvvəlcədən icazəsi olmalıdır. Bundan əlavə, qoyulan tələbə əsasən məhsulun reklamı yalnız lisenziyalı olduğu sahələri hədəf almalı, 21 yaşından kiçik heç kimlə əlaqə qurmamalıdır.