İmişlidə evdə yanğın olub

09:49 30.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunun Aranlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.