KHindistanlı siyasətçi, mərhum İndira Qandinin gəlini və mərhum Raciv Qandinin xanımı, Milli Konqres Partiyasının keçmiş sədri Sonya Qandi xəstəxanaya yerləşdirilib.
Hafta.az-ın Thehindu.com-a istinadən yazdığına görə, Ser Qanqa Ram Xəstəxanasına yerləşdirilən xanım siyasətçidə yüksək qızdırma müşahidə olunduğundan o, təcili müayinə olunub. İlkin tibbi müdaxilələrdən sonra Sonya qandinin vəziyyəti normala dönüb.
“Milli Konqres Partiyasının sədri xanım Sonya Qandi qızdırma səbəbiylə yerləşdirildiyi xəstəxanada Tibb Departamentinin baş məsləhətçisi doktor Arup Basu və komandasının rəhbərliyi altında müayinə olunub. İlkin tibbi analizlər xanım siyasətçidə qorxulu bir halın olmadığını isbatlayıb və hazırda onun vəziyyəti sabitdir”, - deyə Sir Qanga Ram Xəstəxanasının baş həkimi doktor Rana bildirib.