Fevralın 7-də evinə basqın edilən Həbibullah Əlizai deyib ki, əsgərlər onu “dindirmək və döymək” üçün otağından aparmazdan əvvəl “qışqırıq və atəş səslərinə” oyanıb. O, iki oğlunun və öldürülən digər yeddi nəfərin cəsədlərini ilk tapıb.
Hafta.az-ın "Mepa News"ə istinadən yazdığına görə, cənab Qlazqo dinləmədə deyib: "Ailə öldürülənlərin hamısının günahsız mülki insanlar olduğunu, binada heç kimin silahlanmadığını və heç bir silah tapılmadığını israr edir. Biz ailələrin dəlillərinin onların çarpayılarında güllələndikləri barədə olacağını gözləyirik”.
Ölənlərdən ən kiçiyinin 14 yaşında olduğu bildirilib.
Əməliyyatdan sonra xüsusi təyinatlılar bölməsinin dərc etdiyi sənəddə agentlərin “silahlı şəxslərlə münaqişəyə girdiyi” və hücuma cavab verildiyi, nəticədə 9 nəfərin öldüyü bildirilib.
O, əlavə edib ki, binada 3 ədəd AK-47 avtomatı olub. SAS qeyri-qanuni qətllərə haqq qazandırmaq üçün silah yerləşdirməkdə ittihamlanır.
Hadisə yerində SAS tərəfindən çəkilmiş fotoşəkillərə və iştirak edən Britaniya hərbçilərinin ifadələrinə çıxışı olan Xüsusi Qüvvələr Hadisələri Təhqiqat İdarəsi "görülən tədbirlərin tamamilə məqsədəuyğun olduğu" qənaətinə gəlib və "daha heç bir istintaq hərəkətinin aparılmamasını" tövsiyə edib.
16 fevral 2011-ci ildə gecə basqını zamanı atası, iki qardaşı və əmisi oğlu eyni SAS eskadronu tərəfindən öldürülən Seyfullah ailəsinin üzvü Britaniya qüvvələrinin basqınından sonra "kabuslar gördüklərini" deyib: “Ailəm və mən istintaq qrupundan bizə həqiqəti söyləməyi, bu vəhşiliyi hansı səbəbdən yaşamalı olduğumuzu izah etməsini istəyirik”.
Mənsur Əziz müstəntiqləri 2012-ci ilin avqustunda Britaniya qüvvələri tərəfindən ailələrinin evinə gecə basqın zamanı ağır yaralanan iki uşağı dinləməyə çağırıb. Çox məxfi əməliyyatın mövcudluğu ilk dəfə ötən il BBC tərəfindən açıqlanıb.
Əziz deyib: "Evimizə yad şəxslər basqın etdilər və qardaşımla baldızım öldürüldü, iki uşaq isə çarpayılarında yatarkən ağır yaralandı. Biz həqiqəti və evimizə niyə basqın edildiyini öyrənmək istəyirik. Biz məhkəmədən xahiş edirik ki, bu uşaqları dinləsin və ədaləti bərqərar etsin”.
İngilis xüsusi təyinatlıları tərəfindən güllələnərək ağır yaralananda İmranın üç yaşı vardı, qardaşı Bilal isə yaşyarımlıq olub.
Təhqiqatın baş vəkili Oliver Qlazqo da əfqan birliklərinin "davranışlarına görə Britaniya xüsusi təyinatlıları ilə əməkdaşlıqdan imtina etdiyinə" dair iddiaları səsləndirib.
Qlazqo çıxışında deyib: “Gizlədəcək bir şeyi olanlar üçün səhv başa düşülməsin: istintaq bütün səlahiyyətlərindən istifadə edəcək ki, qanun pozuntusu ilə bağlı mötəbər məlumat olarsa, nə qədər yüksək vəzifəli olmasına baxmayaraq, müvafiq orqanlara göndərilmələri təmin ediləcək”.