İngiltərə millisindən antirekord

23:13 11.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DÇ-2022-nin 1/4 finalında Fransaya uduzaraaq (1:2) mübarizəni dayandıran İngiltərə millisi antirekorda imza atıb.

Hafta.az xəbər verir ki, britaniyalılar mundiallar tarixində 7-ci dəfə bu mərhələni keçə bilməyiblər. Bu, dünya çempionatları tarixində antirekorddur.

Qeyd edək ki, İngiltərə yığması daha əvvəl 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə eyni aqibətlə üzləşib.