Yazını böyüt
Yazını kiçilt
İngiltərə Superkuboku oyunu keçirilib.
Hafta.az xəbər verir ki, "Uembli" stadionunda keçirilən görüşdə "Mançester Siti" və "Mançester Yunayted" üz-üzə gəliblər.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Mançester Siti" 7:6 hesabı ilə qalib gəlib.
"Mançester Siti" - "Mançester Yunayted" - 1:1 (penaltilər seriyası - 7:6)
Qollar: Qarnaço, 82 (0:1), Bernardu Silva, 89(1:1)
“Mançester Siti” tarixində 7-ci dəfə İngiltərə Superkubokunu qazanıb.