Ötən aylarda ABŞ-da baş verən hadisənin təfərrüatları qan dondurdu. İnternetdə tanış olduğu 22 yaşlı Valeri Rosario adlı qadının dəvəti ilə gənc qadının evinə gedən 24 yaşlı oğlan evdə onu gözləyən 3 kişi ilə qarşılaşıb. 24 yaşlı bədbəxt kişiyə saatlarla işgəncə verilib. Bədəninin müxtəlif yerlərində yanıq, bıçaq və qamçı izləri olan şəxs bir gün sonra mikroavtobusun arxasında ölmək üzrə olan zaman polis tərəfindən aşkarlanıb. Nyu-Yorkun Manhetten şəhərində baş verən qan donduran hadisədən sonra səlahiyyətlilər hərəkətə keçib və şübhəlilər saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Hadisə ilə bağlı prokurorların hazırladığı ittihamnamədəki təfərrüatlar isə dəhşət saçır.
Prokurorlar müəyyən ediblər ki, 22 yaşlı Valeri Rosario gənc oğlanla İnstaqram vasitəsilə əlaqə saxlayıb və kişini evinə dəvət edib. İttihama görə, fevralın 7-də saat 01:00 radələrində Rosarionun evinə gedən şəxslə görüşən 3 nəfər bəxtsiz gəncə 24 saata yaxın işgəncə veriblər.
İddialara görə qurbanı qarət etdikdən sonra Rosario və ortaqları onu qamçılayıb, bir müddət işgəncə veriblər. Daha sonra şübhəlilər 24 yaşlı oğlanı evin hamamına aparıb, orada da kişinin üzərinə tez alışan maddələr tökərək işgəncələrini davam etdiriblər. Bədəninin müxtəlif yerlərində dərin yaraların olduğu aşkarlanan zərərçəkənə işgəncə verilərkən bıçaq kimi iti əşyalardan istifadə edildiyi bildirilir.
Hadisə ilə bağlı şikayətin təfərrüatları da məhkəməyə çatdırılıb. Belə ki, 24 yaşlı qurbana işgəncə verilərkən, ailəsinə video zəng edilib və 100 min dollar fidyə tələb edilib. Ailə maskalı hücumçuların bıçaqla gəncə işgəncə verməsini canlı izləyib. Hücum edənlər ailəyə pul verilməsə qardaşlarının öləcəyini bildiriblər. Üz, bədən, kürək və ayaqlarında çoxsaylı yanıq və bıçaq xəsarətləri olan zərərçəkənin xəstəxanada müalicəsi davam edir. Qurbanın, furqonun arxasında huşsuz vəziyyətdə tapıldığını, ağzının lentlə bağlandığını və bədəninin ədyala sarıldığı söylənib. Bundan başqa prokuror, “Zərərçəkmiş ilk dəfə tapılan zaman o, çox çətin nəfəs alırdı” deyə bildirib.
Məhkəmədə hakim Soma Syed cinayətin ciddiliyinə görə Rosarionun həbs edilməsinə qərar verib. Şübhəlinin vəkili açıqlamasında bildirib ki, Rosario ona qarşı irəli sürülən bütün ittihamları rədd ed