“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı tutuldu

16:40 28.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

Hafta.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İnterpol"un axtarış siyahısında yer alan, 2016-ci ildə sui-qəsd cəhdində şübhəli sayılan 1989-cu il təvəllüdlü T. C Samtsxe-Cavaxeti Polis Departamentinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.