Əsəd rejimi ilə ərəb ölkələri arasında normallaşma cəhdləri davam edərkən, İordaniyadan diqqətçəkən bir açıqlama gəldi.
Hafta.az-ın yazdığına görə, İordaniyanın xarici işlər naziri Ayman Safadi Əsəd rejimini hərbi əməliyyatla hədələyib.
CNN-ə danışan Safadi Suriyada davam edən böhranın İordaniyaya da təsir etdiyini və ölkələrinin təhlükəsizliyi üçün nə lazımdırsa edəcəklərini vurğulayıb. Safadi narkotik probleminin gündən-günə artdığını və Suriya ərazisindən İordaniyaya narkotik keçirildiyini, rejimin buna qarşı tədbir görməli olduğunu vurğulayıb.
İordaniyanın xarici işlər naziri Safadi Əsəd rejiminin bu problemlə bağlı təsirli tədbir görmədiyi təqdirdə İordaniyanın Suriyada hərbi əməliyyat apara biləcəyi ilə hədələyib. Narkotik probleminin İordaniya ilə yanaşı Körfəz bölgəsini də əhatə etdiyini bildirən Safadi bu təhlükəni qiymətləndirmədiklərini bildirib.
Əsəd rejimi uzun müddətdir ki, Hizbullah və İranla birlikdə Suriyanın cənubunda narkotik istehsalı və qaçaqmalçılığında ittiham olunur. Bu çərçivədə son vaxtlar Suriyadan İordaniya və digər ərəb ölkələrinə narkotik daşımaları artmaqdadır.
Ərəb ölkələri ilə Əsəd rejimi arasında normallaşma danışıqlarında narkotik probleminin qarşısının alınması gündəmin əsas mövzularından olub.