“İqtisadiyyatımız koronavirus epidemiyasına görə hər gün 120-150 milyon zərər görür” – Sənan Yahya

11:36 08.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“İlk olaraq koronavirus epidemiyasının Azərbaycanda Respublikasında vətəndaşların sağlamlığına yaratdığı təhlükələrin qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi karantin tədbirlərini cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmək istəyirəm. Bəzi vətəndaşlar tətbiq edilmiş karantin tədbirlərinə etinadsız yanaşırlar. Bu müsbət hal deyil. Ölkə başçısı vətəndaşların sağlamlığını önəmsəyirsə, hər bir vətəndaş bu təşəbbüslərə qoşulmalıdır. Dövlət rəsmilərinin açıqlamasında deyilir ki, Azərbaycan iqtisadiyyatı koronavirus epidemiyasına görə hər gün 120-150 milyon zərər görür”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Sənan Yahya deyib. Ekspert bildirib ki, bu karantin dövründə Azərbaycan vətəndaşları xüsusilə diqqətli olmalıdırlar: “Azərbaycan torpaqlarını işğal edən, Soyqırım törətmiş Ermənistan kimi dövlətlə müharibə şəraitindəyik. Erməni işğalçıları hər bir fürsətdən yararlandığı kimi bu dönəmlərdə də Azərbaycan xalqına qarşı bakteroloji təxribatlar etmə təhlükəsi böyükdür. Azərbaycan dövləti düşmənin hər təxribatının qarşısının almağa qadirdir. Lakin Prezidentin qeyd etdiyi kimi Azərbaycan vətəndaşların sağlamlığı, həyatı önəmlidir”.

Sənan Yahyanın sözlərinə görə, neftin qiymətinin dünya bazarında kəskin düşməsi dünyanı təhlükə altına alan koronavirus pademiyası ilə bağlıdır. Çünki milli iqtisadiyyatlar müvəqqəti olaraq fəaliyyətlərini dondurduqları üçün enerjiyə tələbat kəskin azalıb: “Eyni zamanda neft gəlirləri azalan körfəz ölkələri daha böyük bazar payı qazanmaq üçün aşağı qiymət strategiyası tətbiq edərək böyük neft ixrac edən Rusiya və ABŞ kimi dövlətlərə ciddi rəqib olduğunu isbatlamağa çalışdı. Lakin bu formatda strategiyalar kötfəz ölkələri üçnü müsbət dividentlər gətirmədi.Birjalarda 20 aprel tarixində neftin barelinin qiyməti son həd 0 dollar oldu. Bu qiymətlər dünyanın nəhəng neft ixrac edən ölkələrini çətin duruma saldı. Büdcə dəyişikliyi haqqında Səudiyyə Ərəbistanından (büdcə xərclərinə yenidən baxılacaq) xəbərlər gəlməyə başladı”.
İqtisadçı ekspertin fikrincə Azərbaycan Respublikasında xarici ticarətin 90%-dən yuxarı hissəsini neft ixracı ilə bağlı olduğu üçün neft, güdcə gəlirlərində önəmli paya malikdir: “2020-ci ilin dövlət büdcəsində neftin 1 barelininq iyməti 55 dollar nəzərdə tutub. 6 may tarixində neftin dünya birjalarında qiyməti 30 dolları kecdi. Bu qiymətlər Azərbaycan Respublikasının büdcə gəlirlərinə ciddi təsir edir. Lakin Azərbaycan Respublikasının valyuta ehtiyatları 50 milyard dollardan yuxarı olduğu üçün qısamüddətli dövr üçün sosial iqtisadiyyat problemlər yaratmayacaq. Bunu Azərbaycan Respublikasının prezidenti Cənab ilham Əliyev bəyan etdiki, ölkədə həyata keçirilən islahatlar çərçivəsində heç bir sosial layihənin icrası dayandırılmayacaq. Bu bəyanatların dayaq nöqtəsi Cənab Prezident İlham Əliyevin yürütdüyü sosial iqtisadi inkisafın nəticələridir”.
Sənan Yahya onu da qeyd edib ki, neft sənayesi Azərbaycan iqtisadi inkisafının lokomativi olsa da gələcək inkisaf prespektivləri (xam neft ixracı) nikbin görünməyən sahədir: “Başqa formada desək, gələcəkdə neftin yüksək qiymətlərlə (60-100 dollar) satışını gözləmirəm. Lakin qiymətləri 50 dollara yaxın proqnozlaşdırmaq olar. Çünki dayanıqlı iqtisadi inkişafa sahib ABŞ 2014-cü ildən sonra sürətlə neft idxalçısı strategiyasını dəyişərək, şist yataqlarına milyardlarla investisiyalar yatıraraq, dünyanın ən böyük neft ixracatçıları sırasına yüksəldi. Bu onu deməyə əsas verir ki, dünya bazarında neftin kəskin ucuzlaşması ABŞ üçün maraqlı deyil. Eyni zamanda yüksək qiymətlərdə ABŞ üçün maraqlı deyil. Buna səbəb neft ixracından milyardlar qazanan Rusiya, İran, Venesuela kimi dövlətlərin neft gəlirləri hesabına ABŞ hesablaşmırlar. Bu faktlara istinad edərək, deyə bilərəm ki, dünya bazarında stabil orta qiymət (50 dollara) qədər dalğalanmalarla formalaşacaq. Sonda qeyd etmək istəyirəm ki, enerji resurları uğrunda gedən qlobal rəqabət və epidemiya Azərbaycan iqtisadiyyatına yeni imkanlar gətirir.Bu imkanların ən önəmlisi Azərbaycan Respublikasında rəqəmsal idarəetmənin və rəqəmsal iqtisadiyyatın sürətli inkişafıdır”.