İran prezidentindən Paşinyana dəstək: SƏRHƏDLƏRİN DƏYİŞDİRİLMƏSİNƏ RAZI DEYİLİK

11:55 11.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonda danışıb.

Hafta.az-ın yazdığına görə, bu haqda İran Prezident Admnistrasiyasının rəsmi saytında məlumat dərc olunub. Məlumatda qeyd olunur ki, iki ölkə arasında tarixi və dərin əlaqələr mövcuddur. Üstəlik, prezident Rəisi Tehranla İrəvan arasında daimi iqtisadi əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

Rəisi Qafqaz regionunda baş verən son münaqişələrə də münasibət bildirib. "Üçtərəfli atəşkəs bəyannaməsini imzalayan ölkələr sazişin müddəalarını yerinə yetirir, qalan problemləri dialoq və diplomatik yollarla həll edir. Bu, Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən yaxşı yoldur. İran regionda coğrafi sərhədlərin dəyişdirilməsini qəbul etmir və etməyəcək", - Rəisi Ermənistanın Baş nazirinə dəstək nümayiş etdirib.

Öz növbəsində N.Paşinyan görüş zamanı “ölkəsinin Azərbaycanla son münaqişələri barədə ətraflı məlumat verib. Paşinyan həmçinin Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur sahələrində, o cümlədən enerji sahələsində əməkdaşlığı artırmağa hazır olduğunu bildirib.

Siyasət rubrikasından digər xəbərlər