Yazını böyüt
Yazını kiçilt
İran ötən ay Rusiyanı ərazisində böyük “terror hücumu” ola biləcəyi barədə məlumatlandırıbmış.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, martın 22-də Crocus City Hall-da silahlı şəxslər konsert tamaşaçılarına avtomat silahlardan atəş açaraq ən azı 144 nəfəri öldürüb və bu, son 20 ildə Rusiya ərazisinə edilən ən qanlı hücum olub. Hücuma görə məsuliyyəti DEAŞ üzərinə götürüb.
Adının açıqlanmasını istəməyən üç mənbə “Reuters”ə bildirib: “Rusiyadakı hücumdan bir neçə gün əvvəl Tehran İranda ölümcül partlayışlarla bağlı saxlanılanların dindirilməsi zamanı Rusiya daxilində mümkün böyük terror aktı ilə olacağına dair məlumatları Moskva ilə bölüşüb”.