İran xilas olmaq istəyirsə türk düşmənçiliyindən əl çəkməlidir... – Şərh

17:59 18.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İran dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərginləşməsi davam edir və sözsüz ki, bu gərginliyin mənbəyi farsların azərbaycanlılara, ümumən türk etnosuna qarşı tarixi və genetik düşmənçiliyidir. Müşahidə olunan gərginlik əslində farsların son iki əsrdən çox davamlı olaraq azərbaycanlılara və Azərbaycan dövlətçiliyinə qarşı etdiyi bütün mümkün təzyiq və təhdidlərə güclənmiş Azərbaycan dövlətinin adekvat cavabıdır”.

Bunu hafta.az-a açıqlamasında hüquqşünas Vüqar Dadaşov bildirib.

O qeyd edib ki, fars millətçiliyinin Azərbaycan, türk qorxusu onun saxta, daha doğrusu oğurladığı, mənimsədiyi türk tarixinə söykənir.

«Tarix boyu farsların dövlətçilik anlayışında türk hakimliyi durur, fars tarixində və onun indi dünyaya təqdim etdiyi dövlətçiliyinin özəyində həmişə türk hökmranlığı olmuşdur. Saray və dövlət dilinin türk dili olması, hökmdarlarının və hakim sülalələrin türk mənşəyi farsların genetik türk düşmənçiliyinin əsasıdır. Hətta Tehran dövlətinin molla rejiminin indiki rəhbəri də məhz Azərbaycan türküdür.

Türklər farslar üçün düşməndən də çox qorxunc tərəfdir. Müasir dünyanın və regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmiş Azərbaycan dövləti ilə Tehranın ayaqlaşması sözsüz ki, mümkünsüzdür”.

V.Dadaşov qeyd edib ki, 90-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarının işğalında xüsusi xidməti və bu işğalı az qala 30 il müddətdə saxlanılmasında böyük rolu olan İran dövləti hətta 44 günlük müharibədən də sonra Azərbaycan düşmənçiliyindən əl çəkmədi, daha da önə gedərək Ermənistanın özünün qırmızı xətti olduğunu və nəhayət Qərbi Zəngəzurda, Qafanda öz konsulluğunu açaraq Azərbaycana qarşı mübarizədə açıq müstəviyə keçdi. Onun fikrincə, məhz son 30 ildə əsl mahiyyəti və düşmənçiliyini riyakarcasına maskalamağa çalışan İranın öz maskasını cırmağı və açıq siyasi-diplomatik, hərbi düşmənçiliyini nümayiş etdirməsi sözsüz ki, Şimali Azərbaycan Respublikasının əlini-qolunu açdı.

“Molla rejiminin köhnə hərbi texnikalarla və çəlimsiz sepahçılarla Araz çayı boyunca keçirdiyi təlimlər cavabını Azərbaycan Xüsusi Təyinatlılarının təlimləri ilə aldı. Azərbaycanda arxalandığı xain və satqın şəbəkəsinin ifşasını gördü, illərlə cavabsız qalan informasiya təbliğatına qarşı Azərbaycanın informasiya maşını işə düşdü. Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) sədrini qəbul edərkən Cənubi Azərbaycanda yaşayan 40 milyon azərbaycanlılara arxa duracağı və Özbəkistanda TDT-nin sammitində Tehrana yönəldilmiş azərbaycanlıların hüquqlarının müdafiəsi barədə açıqlamaları molla rejimini əsaslı təşvişə salıb. İki aya yaxın Tehran səngiməyən və guya "polis özbaşınalığı"ndan vüsət alan iğtişaşlar artıq siyasi müstəviyə keçib və orada olan yerli xalqların istiqlal tələbləri, milli azadlıq hərəkatı qarşısıalınmaz həddi ötüb. Cənubi Azərbaycan əhalisinin və xüsusən də inqilablar beşiyi Təbrizin proseslərdə daha öncül sıra alması İran dövləti üçün çox böyük sınaq vəd edir və aksioma şəklində bəllidir ki, onun dağılması azərbaycanlılardan asılı olan şərtdir.

Qeyd edilən şərt əsas faktor olaraq İran dövlətinin gələcək taleyini müəyyən edir və fars molla rejiminin bütün problemlərini kənara qoyub Şimali Azərbaycan Respublikası ilə faktiki olaraq ölüm-qalım müharibəsi aparır. Hərçənd ki, İran dövləti özü, daha doğrusu onun son 30 illik səngiməyən Azərbaycan düşmənçiliyi indiki fars-molla rejimində ölüm-qalım vəziyyətini yaradıb. Baxmayaraq ki, İran təklikdə belə Şimali Azərbaycan Respublikasına qarşı hərbi baxımından heç bir şansa malik olmadığını anlayır, ancaq aqressiv ritorikadan və təhdidlərindən də əl çəkmir”.

Ekspert bildirib ki, molla rejimi elə bir vəziyyət yaradıb ki, ABŞ da İrana qarşı Azərbaycanı dəstəkləyəcəyini rəsmi şəkildə bəyan etdi.

“Azərbaycanın təbii, sədaqətli və etibarlı müttəfiqləri Türkiyə, Pakistan, İsrail başda olmaqla bütün dünyanın İrana qarşı olduğu halda fars molla rejiminin qurduğu Tehran dövlətinin mövcudluğunun davamı mümkünsüzdür. Rəsmi Tehran əgər xilas olmaq istəyirsə Azərbaycan, türk düşmənçiliyindən əl çəkməli, səhvlərinə görə əl-ayağa düşüb yalvarmalıdır.”

Siyasət rubrikasından digər xəbərlər