İran yenə “qırmızı xətt”i keçdi - “Dağlıq Qarabağ Ermənistandır” dedi

17:10 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri üzərində suverenliyini tam təmin etməsini hələ də həzm edə bilmir. Bu ölkənin siyasi rəhbərlərinin antiAzərbaycan bəyanatları, separatizmə dəstək cəhdləri davam edir.  

İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri hesab edir ki, «insanların Dağlıq Qarabağdan qaçması məcburi olub, bölgə ermənilərin olub və elə də qalır».

"Hazırda Qarabağ Ermənistan və Azərbaycan arasında mübahisəli ərazidir. Azərbaycan regiondankənar qüvvələrdən istifadə edərək Ermənistan üzərində hərbi üstünlük əldə edib, lakin bu, Bakıya istədiyini ələ keçirməyə imkan vermir", - Heydəridən sitat.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur və «insanların köçü Azərbaycan ordusunun atəşi və hücumları ilə bağlıdır. O qeyd edib ki, bu, Qarabağdakı ermənilərin öz orijinallığını və kimliyini itirməsi demək deyil».

Göründüyü kimi, parlamentində heç bir müstəqil deputatın olmadığı bir ölkənin qanunverici orqanının komitə sədrinin müavini bu cür sərsəm bəyanatlar verirsə, təbi ki, Bakının Tehranın ikili yanaşmaları ilə bağlı ehtiyatlı davranması taktikası özünü doğruldur deməkdir.

Siyasət rubrikasından digər xəbərlər