İranda 650 qız məktəbə getməməsi üçün zəhərlənib

12:38 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qızlardan heç biri həyatını itirməsə də, onlarla qız tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.

Fevralın 26-da mətbuat konfransı keçirən İranın səhiyyə nazirinin müavini Yunus Pənahi “Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir” deyib. Son 3 ayda zəhərlənən qızlar naringi və ya çürük balıq iyi hiss etdiklərini bildiriblər.

"Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir" deyib Pənahi. Əlavə edib ki, zəhərlər öldürücü deyil və panika yaratmamalıdır.

İlk zəhərlənmələr 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. O vaxtdan bəri əyalətdə 10-dan çox qız məktəbi hədəfə alınıb. Fevralın ortalarında Qumda qubernatorluq binası qarşısında azı 100 nəfərin iştirakı ilə etiraz aksiyası təşkil olunub.

Sosial şəbəkələrdə paylaşılan videolardan birində ata “Övladlarımın təhlükəsizliyinə cavabdehsiniz! Mənim iki qızım var. Mənim edə biləcəyim tək şey onları məktəbə göndərməməkdir”.

Eyni aksiyada iştirak edən bir qadın “Bu, müharibədir! Qumdakı qızlar liseyinə bunu etməklə bizi evdə qalmağa məcbur etmək istəyirlər. Qızların evdən çıxmamasını istəyirlər!” deyir. Bəzi valideynlər deyirlər ki, uşaqlarının sağalması həftələr çəkir.

Başqa bir videoda xəstəxana çarpayısında qızı müşayiət edən qadın “Əziz analar. Mən anayam və uşağım xəstəxana çarpayısındadır. Onun əzaları zəifləyib. Dırnağımı qazıram, hiss etmirəm. Xahiş edirəm, uşaqlarınızı məktəbə göndərməyin”.

İrandakı molla rejiminin şər yuvası kimi tanınan Qumda hücumlar intensivləşib. Bu, İslam Respublikasının onurğa sütunudur. Amma payızda Məhsa Əmini polis idarəsində öləndən sonra dini liderlərin təsiri şübhə altına alınıb. Bəzi iranlılar yeniyetmə qızlara edilən hücumların hökumət əleyhinə kütləvi etirazların qisası olub-olmadığını soruşurlar.

Sosial şəbəkədə paylaşılan fotolarda orta məktəb şagirdi qızların hicablarını cırdıqları görünür. Digərləri isə bu hücumların qonşu Əfqanıstandakı Taliban və Nigeriyadakı Boko Haramı nümunə götürən ultra-mühafizəkarlar tərəfindən həyata keçirilə biləcəyini düşünürlər.

Hər iki ölkədə qızlara qarşı hücumların artması səbəbindən bir çox valideyn qızlarını məktəbə göndərməməyi qəbul etməli olur. İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Əbtahi İnstaqram səhifəsində "Boko Haram İrandadırmı?" deyib.

Siyasət rubrikasından digər xəbərlər