İranda keçmiş futbolçu hakimiyyətin tənqidinə görə həbs edilib

17:00 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran hakimiyyəti milli futbol komandasının keçmiş oyunçusu və “Fulad”ın müdafiəçisi Woriya Ghafuri hökumət əleyhinə etirazlara dəstək verdiyi üçün həbs edib. Bu barədə Bloomberg yerli KİV-ə istinadən yazır.

İran mətbuatında təqdim olunan xəbərə görə, idmançı “milli futbol komandasını təhqir etdiyinə və hökumət əleyhinə təbliğat apardığına” görə həbs edilib.

Bloomberg yazır ki, Qafuri karyerası boyu İran hakimiyyətini açıq şəkildə tənqid edib. Futbolçu xüsusilə qadınların futbol matçlarına gəlməsinə qadağaya qarşı çıxıb.

Oxunma sayı 1800
Gündəm rubrikasından digər xəbərlər