İranda ötən gün 185 nəfər ölüb

15:25 16.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 185 nəfər koronavirusdan (COVID-19) ölüb.

Hafta.az-ın xəbərinə görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 134 238 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 16 310 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 876 565 nəfərə çatıb.