İranda polis sünni gənci anasının gözləri qarşısında güllələyib

11:30 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranda sünnilərin yaşadığı Sistan və Bəlucistan əyalətinin Zabul bölgəsində bəluc əsilli gənc İran polisi tərəfindən güllələnib.

Hafta.az-ın yazdığına görə, bəluc insan haqları qruplarının xəbərinə görə, 30 yaşlı baluç Nadir Naruyi Zahk şəhərinin Kohk kəndində anasının gözü qarşısında İran qüvvələri tərəfindən öldürülüb.

İran mediasının məlumatına görə, narkotiklərlə mübarizə qrupları məhkəmə qərarı olmadan Nadirin evinə basqın ediblər. Nadir İranın təhlükəsizlik qüvvələrinə etiraz edərək məhkəmə qərarını görmək istəyib, bu zaman özündən çıxan təhlükəsizlik qüvvələri atəş açaraq onu öldürüblər.

Məlumdur ki, İranda yaşayan sünnilər böyük təzyiqlərə məruz qalır və ciddi insan haqları pozuntuları ilə üzləşirlər.

Siyasət rubrikasından digər xəbərlər