İran rejiminə bağlı təhlükəsizlik qüvvələrinin Sistan-Bəlucistan əyalətində səssiz repressiyası bir var gücü ilə davam edir.
Hafta.az-ın yazdığına görə, Tehran administrasiyasının təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində sünni əhalinin sıx məskunlaşdığı Bəlucistan əyalətinin Taftan qəsəbəsinin Qrok kəndində Məhəmməd Ömər Riqi adlı bir bəlucunu zorla qaçırıb. İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat orqanı tərəfindən saxlanıldığı bildirilən Riqinin harada olduğu məlum deyil.
53 gündür əlaqə saxlamaq mümkün olmayan Riqinin hansı səbəbdən saxlandığı barədə məlumat yoxdur. Yalnız o məlumdur ki, İranın sünni əhalisinin sıx məskunlaşdığı Bəlucistanda rejim əleyhinə nümayişlərdə iştirak edən çox sayda bəluc heç bir rəsmi əsas olmadan saxlanılır.