İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana gəlir

16:00 08.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edəcək.

Bu haqda xəbər Hafta.az-a İranın ölkəmizdəki səfirliyindən daxil olub. Məlumata əsasən, cənab Qasemi səfər çərçivəsində Azərbaycan və Rusiya rəsmiləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, sabah Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə Şimal-Cənub Dəhlizi haqda iclas keçiriləcək. İclasda bu dəhliz çərçivəsində, əsasən Rəşt-Astara dəmiryolunun tikilməsi, onun tikintisinin sürətləndirilməsi haqda üç ölkənin əməkdaşlıqları müzakirə olunacaq.

Siyasət rubrikasından digər xəbərlər