İranın Azərbaycana qarşı son təhdidləri fonunda bölgədə yaranan vəziyyət beynəlxalq aləmin də diqqətini cəlb edib. Söhbət "Zəngəzur dəhlizi" və Tehran rejiminin bu layihəyə qarşı çıxmasından gedir.
Nüfuzlu “Al-Monitor” yazır ki, Bakının Ermənistan vasitəsilə Naxçıvanla qurudan əlaqə qurma planları ilə bağlı İran və Azərbaycan arasında gərginlik artır ki, bu da Türkiyə-İran əlaqələrinə xələl gətirmək təhlükəsi yaradır.
İranın Zəngəzur dəhlizinə geosiyasi təhlükə kimi baxmasının altında yatan narahatlığı belə ümumiləşdirmək olar:
- İran Ermənistanla sərhəd və birbaşa nəqliyyat əlaqələrini itirə bilər.
- Onun Qafqaza və Rusiyaya çıxışı çətinləşə, İran Qafqazda nüfuzunu itirə bilər.
- Layihə NATO-ya İranı mühasirəyə almağa imkan verəcək.
- Azərbaycan özü də İran vasitəsilə Naxçıvanla əlaqəni kəsəndə İran iqtisadi itkilərə məruz qalacaq ki, bu da Tehranın Bakıya təsirini azaldacaq.
- İran Asiya ilə Avropa arasında marşrut kimi üstünlüklərini itirə bilər.
- İranın Çinin “Bir kəmər və yol” təşəbbüsündəki strateji əhəmiyyəti azala bilər.
- Türkmənistan qazının Türkiyə və Avropaya nəqli üçün Zəngəzur marşrutundan perspektiv istifadə İran qazına tələbatı azalda bilər.
- İranın Qara dənizə çıxışı bağlana bilər.
Bizim şərh:
Əslində isə, İranı narahat edən ən başlıca üç səbəb var.
1. Türk dünyası arasında birbaşa əlaqənin yaranması.
2. Güclü Azərbaycan amilinin 2 əsrdən artıq İrandakı rejimlərin əsarəti altında inləyən, bütün hüquqlardan məhrum edilmiş milyonlarla Azərbaycan türkünün oyanışı.
3. Avropaya Əfqanıstan üzərindən daşınan narkotik ticarətində ən mühüm marşrut sayılan Əfqanıstan-İran-Ermənistan-Gürcüstan-Qara-Dəniz-Avropa marşrutunun bağlanması və buradan gələn milyardlarla qeyri-qanuni gəlirdən məhrum olmaq qorxusu.