Yazını böyüt
Yazını kiçilt
"İraq Respublikasının Bakıdakı Səfirliyi Azərbaycanın Tehrandakı Səfirliyində terror aktı törədilməsi xəbərini böyük kədər hissi ilə alıb. Səfirlik bu qorxaq cinayəti pisləyərək dərin hüznlə başsağlığı verir".
Hafta.az-ın yazdığına görə, bu sözlər İraqın ölkəmizdəki Səfirliyinin başsağlığı məktubunda deyilir.
"Azərbaycan hökumətinə, həlak olan şəhidin ailəsinə və yaxınlarına dərin kədərlə başsağlığı verir, həmçinin yaralılara və xəsarət alanlara şəfa diləyir, Rəbbimizdən Azərbaycan hökuməti və xalqı üçün təhlükəsizlik və əmin-amanlıq diləyirik", - qeyd olunub.