İrina Zaretska V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

21:22 18.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan karateçisi İrina Zaretska V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan karateçiləri Pənah Abdullayev və Asiman Qurbanlı gümüş medal qazanıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.