İşçisinə maaşı qəpiklərlə ödəyən ŞİRKƏTƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI

15:58 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippində bir şirkət işçisinin məvacibini qəpiklərlə ödəyib. Hafta.az Vice nəşrinə istanadla xəbər verir ki, bu addım fabrik sahibinin qara günlərinin başlamasına səbəb olub.

NexGreen Enterprise fabrikinin əməkdaşı Rassel Manosa maaşını onlarla torba xırda qəpiklərlə alıb. Onun qardaşı bu pulların şəkilini sosial şəbəkədə yerləşdirib və məsələ xeyli böyüyüb. Vəziyyətə şəhərin meri Reks Qatçalan müdaxilə edərək fabrikin bu addımını "alçaldıcı" adlandırıb.

Tezliklə şirkət rəhbərliyi səhvini etiraf etsə də, mer fabriki cəzalandırmaq qərarına gəlib. Belə ki, şirkətin biznes fəaliyyətinə razılıq verən icazəyə xitam verilib, fabrikin 15 gün bağlanması tələb olunub. ÖLkənin əmək naziri Silğvestr Bello isə şirkətlə bağlı araşdırma aparılmasına dair göstəriş verib. Məvacibi qəpiklərlə ödəməsi səbəbindən şirkət rəhbərliyinə qarşı ittiham irəli sürüləcəyi deyilir.