İşğaldan azad olunmuş ərazilərdə minillik ağaclar məhv edilib - FOTO

17:00 09.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında işğal dövründə Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət faktlarını müəyyənləşdirib”.

Hafta.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. 

 

“Çinar və şam meşələri, o cümlədən min illik çinar ağacı məhv edilib. Vəhşi heyvanların da nəsli kəsilib”, - deyə H.Hacıyev qeyd edib.