İslamı qəbul etdi, 45 il həbs cəzası aldı

11:20 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ məhkəməsi keçmiş neonasist Devon Arthursu müsəlman olduğu üçün ələ salan dostlarını öldürdüyünə görə 45 il müddətinə həbs cəzasına məhkum edib.

Hafta.az-ın yazdığına görə, 2017-ci ildə 24 yaşlı Devon Arthurs qeyd edilən səbəbdən iki otaq yoldaşını güllələyib.

Arturs hadisədən sonra saxlanılarkən verdiyi açıqlamada iki dostu ilə kiçik bir neonasist qruplaşmasına mənsub olduğunu, araşdırmalar nəticəsində İslamı qəbul etdiyini, lakin dostlarının onunla məsxərəyə qoyduğunu bildirib. Arturs buna görə də iki dostunu tüfənglə vuraraq öldürdüyünü etiraf edib.

Məhkəmə Artursu ikinci dərəcəli qətldə təqsirli bilib və 45 il müddətinə azadlıqdan məhrum edib.