Yazını böyüt
Yazını kiçilt
İsmayıllı rayonu ərazisində şosse yolda hərəkətdə olan avtomobil qəfil alışmağa başlayıb.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, hadisə səhər saatlarında baş verib. Yanğına səbəb kimi avtomobildə olan texniki problem göstərilir.
Hadisə şahidləri bildirir ki, minik avtomobilindəki sərnişinlər yanğın hələ güclənməmiş avtomobili tərk edə biliblər. Buna baxmayaraq, həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb.
Hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparıldığı qeyd olunur.