İsmayıllı rayonunda dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü qeyd olunub.
Hafta.az xəbər verir ki, şəhərin mərkəzi meydanında pandemiya qaydalarına uyğun olaraq təşkil edilən tədbirdə rayon icra hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova 28 May - Respublika Günü münasibətilə iştirakçıları təbirik edib, sovet imperiyasının hərbi müdaxiləsi ilə süqut edən və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixindəki əhəmiyyətindən danışıb.
Tədbirdə rəsm müsabiqəsi iştirakçılarının əl işlərinə baxış keçirilib.
Daha sonra şəhər 1 saylı tam orta məktəbin təşkil etdiyi ədəbi-bədii kompozisiya təqdim olunub.