İspaniyada çempionluq şənliyində FACİƏ

13:24 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyada dünya çempionatındakı qələbə ilə bağlı keçirilən şənliklər zamanı baş verən faciə nəticəsində 13 yaşlı yeniyetmə həyatını itirib.

Hafta.az xəbər verir ki, hadisə Madridin şimal-qərbində yerləşən Syudad Rodriqo şəhərində baş verib. Azarkeşlərin bayram etdiyi vaxt dairəvi yolun mərkəzində yerləşən fəvvarənin üst konstruksiyası qoparaq yeniyetmənin üzərinə düşüb.

Hadisə yerinə gələn təcili yardım əməkdaşları uşağın həyatını xilas edə bilməyiblər. Daha üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Şəhər rəhbərliyi faciə ilə əlaqədar üç günlük matəm elan edib./“Reuters”/