İspaniyanın qadın futbol komandası ilk dəfə dünya çempionu olub

17:10 20.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın paytaxtı Sidneydə qadınlar arasında futbol üzrə dünya çempionatının final oyunu keçirilib.

Hafta.az xəbər verir ki, qarşılaşmada İspaniya millisi İngiltərə komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 29-cu dəqiqədə Olqa Karmona vurub. 70-ci dəqiqədə ispaniyalı hücumçu Cennifer Hermosonun fərqi ikiqat artırmaq şansı olsa da, penaltinin öhdəsindən gələ bilməyib.

Bununla İspaniya tarixində ilk dəfə qadınlar arasında dünya çempionu olub. Əvvəllər komandanın tarixində ən yaxşı nəticə 1/8 finala yüksəlmək idi.

İsveç üçüncü yer uğrunda görüşdə Avstraliyanı məğlub edərək 2023-cü il Dünya Kubokunda bürünc medal qazanıb.