İsrail 2023-cü ilin birinci rübündə Fələstinin ümumilikdə 290 yaşayış strukturunu məhv edib.
Hafta.az-ın BMT-nin paylaşdığı hesabata istinadən yazdığına görə, İsrail qüvvələri bu il fələstinlilərə məxsus cəmi 290 ev, iş yeri və digər tikililəri dağıdıb və ya müsadirə edib.
İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdəki söküntülər nəticəsində 194-ü uşaq olmaqla 413 fələstinli evsiz qalıb.
Dağılan binaların üçdə birinin məhz yaşayış evləri olduğu qeyd edilib.
Rəqəmlərə görə, bu il həyata keçirilən dağıntılar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46 faiz artıb.
Müxtəlif ittihamlar irəli sürülən fələstinlilərin ailələrinə məxsus evlərin İsrail tərəfindən sökülməsi tənqidlərə səbəb olur. Kollektiv cəza tətbiqləri qanunsuz hesab olunur.
Son zamanlar fələstinlilərin evlərinin sökülməsi prosesi sürətlənib. Bu söküntülərə paralel olaraq İsrail bölgədə yəhudilər üçün yaşayış məskənləri tikməyə davam edir.