İsrail İrana zərbə endirməyə hazırlaşır - Baş Qərargah rəisi

10:20 20.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin Baş Qərargah rəisi Aviv Koçavi İranla bağlı açıqlamalar verib. Ciddədə keçirilən ABŞ-Ərəb sammitindən qənaətbəxş nəticə əldə olunmaması ilə bağlı fikirlərini bildirən Koçavi Qərblə İran arasında nüvə danışıqlarının dalana dirəndiyini bildirib.

Hafta.az-ın yazdığına görə, İsrail mətbuatına açıqlama verən Koçavi İrana zərbə endirmək üçün hazırlıqlarını davam etdirdiklərini və bunun İsrailin milli təhlükəsizlik məsələsi olduğunu bildirib. Koçavi vurğulayıb ki, diplomatiya daha yaxşı variantdır, lakin tarix dəfələrlə sübut edib ki, diplomatiya iflasa uğraya bilər. O, İsrailin İrana hücuma hazırlaşdığını, hər bir inkişaf və ssenariyə hazır olmağın zəruri olduğunu bildirib.

ABŞ-la Səudiyyə Ərəbistanı arasında aparılan danışıqların İranla bağlı dəqiq nəticəyə gəlməməsi və İran - Avropa danışıqlarının nəticə verməməsi səbəbindən İran - İsrail xəttində gərginliyin daha da artacağı düşünülür. Ehtimal olunur ki, İsrailin İrana mümkün hücumu regionda daha geniş münaqişə prosesini tətikləyəcək.

Siyasət rubrikasından digər xəbərlər