Yazını böyüt
Yazını kiçilt
İsrailin ölkəmizdəki səfiri Ronen Krausz və Missiya Rəhbərinin müavini Aviv Zell Azərbaycan Dillər Universitetində olub.
Hafta.az-ın yazdığına görə, israilli diplomatlarla universitet rəhbərliyi arasında keçirilən görüşdə elmi əməkdaşlıq və birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı səfirin və müavininin də ziyarət etdiyi universitetin, eləcə də İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətinə toxunulub.

Görüşdə elmi sahədə dialoqun, biliklərin və tərəfdaşlığın təşviqinə dair ortaq öhdəlik öz əksini tapıb.