İsraildə səfirliyin, Fələstində Təmsilçilik Ofisinin təsis edilməsi haqqında qanunlar imzalanıb

16:20 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis ediləcək.

Eyni zamanda dövlət başçısı Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Oxunma sayı 2946