İsraildə səfirliyin açılması iki ölkə arasında əməkdaşlığı gücləndirəcək- Mikayıl Cabbarov

14:15 19.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsraildə Azərbaycanın səfirliyinin açılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verəcək.

Hafta.az xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

M.Cabbarov bildirib: 

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.

 

Qeyd edək ki, Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.