İsrailin silah ixracı Ukraynadakı vəziyyətə görə artıb - Haaretz

20:24 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Haaretz yazır ki, İsrailin silah ixracı Ukraynadakı vəziyyət və İsrail ilə ərəb ölkələri arasında normallaşma sazişləri fonunda artıb.

Bu il hələ başa çatmayıb, lakin Müdafiə İxracına Nəzarət Agentliyi əvvəlki illərlə müqayisədə nisbətən az sayda sövdələşmələri təsdiqləsə də, xüsusilə güclü satışlar və müdafiə müqavilələrinin uzun siyahısına nail olmaq yolunda görünür.

Nəşrin fikrincə, ixracın artması ilk növbədə ərəb ölkələri ilə diplomatik münasibətlərin yaxşılaşması və bir sıra ölkələrin silaha olan tələbatına müsbət təsir göstərən Ukraynadakı vəziyyətlə bağlıdır.