İstanbul hava limanında Napoleon dövrünə aid qızıl pullar ələ keçirilib

16:39 06.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbul hava limanında qanunsuz yollarla Türkiyəyə gətirilən Napoleon dövrünə aid 153 qızıl pul və 7 dəyərli saat ələ keçirilib.

Hafta.az xəbər verir ki, tarixi əşyaların ölkəyə gətirilməsində şübhəli bilinən Əlcəzair əsilli bir Fransa vətəndaşı saxlanılıb.

Ələ keçirilən qızıl pulların 1851-1914-cü illərdə istehsal edilən hər biri 300-5 avro dəyərində Fransa pulu olduğu müəyyən edilib. Müsadirə edilən əşyalar arasında fərqli şirkətlərin istehsalı olan 7 dəyərli qol saatı da var.